...

Bakıda iri prospektin yenidən qurulması gələn il tamamlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 12:20 (UTC +04:00)
"Azəryolservis" ASC Bakıda Ziya Bünyadov prospektinin yenidən qurulması üzrə işləri başa çatdırmağı və yolu 2013-cü ilin əvvəlində istismara verməyi planlaşdırır
Bakıda iri prospektin yenidən qurulması gələn il tamamlanacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Axundov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda Ziya Bünyadov prospektinin yenidən qurulması üzrə işləri başa çatdırmağı və yolu 2013-cü ilin əvvəlində istismara verməyi planlaşdırır. Bu barədə Trend-ə çərşənbə günü ASC-nin əməkdaşı bildirib.

Onun sözlərinə görə, yenidənqurma işləri çərçivəsində prospektdə beş yolayrıcının tikintisi planlaşdırılır ki, bu da işin ən böyük hissəsini təşkil edir.

"Azəryolservis" əməkdaşı qeyd edib ki, hazırda artıq nəzərdə tutulan bütün işlərin təqribən 70 faizi yerinə yetirilib.

Xəbər lenti

Xəbər lenti