...

20 gün ərzində keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 47 milyon dollar ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 14:52 (UTC +04:00)
İyunun 20-nə olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə 63 167 əmanətçisinə birdəfəlik fərdi ödənişlər qismində 36,64 milyon manat ödənilib.
20 gün ərzində keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 47 milyon dollar ödənilib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ə.Həsənov/

İyunun 20-nə olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə 63 167 əmanətçisinə birdəfəlik fərdi ödənişlər qismində 37 milyon manat ödənilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə "Kapital Bank"ın idarə heyətinin sədr müavini Araz Əliyev bildirib.

"İyunun 20-dək keçmiş AzSSR Əmanət Bankının varisi olan "Kapital Bank"a ümumilikdə 177 462 müraciət daxil olub, onlardan 105 507-si artıq baxılması üçün bankın nəzdindəki əmanətçilərə birdəfəlik fərdi ödənişlər mərkəzinə göndərilib", - Əliyev deyib.

Onun sözlərinə görə, bankda hər gün 14-15 min müraciətə baxılır. Əmanət kitabçasının itməsi və ya korlanması ilə bağlı daxil olan müraciətlərin sayı 3140 olub, ödənişlərə görə imtina edilən şəxslərin sayı isə 8 mindir.

Bank yerlərdə korrupsiya faktlarından yayınmaq üçün kadrların rotasiya siyasətini yürüdür. Bununla da bankın əməkdaşı bir yerdə 10 gündən çox qalmır, ödənişlər üzrə bütün məlumatlar vahid kompüter şəbəkəsində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti