...

Əfsanəvi Formula-1 pilotu Devid Kulthard İnfiniti Satış Mərkəzində olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 16:46 (UTC +04:00)
İyunun 17-də Bakı şəhərinin sakinləri möhtəşəm avtomobil şousunun şahidi oldu. Formula-1 yarışının əfsanəvi pilotu Devid Kulthard RB7 bolidində öz möhtəşəm performansını sərgilədi.
Əfsanəvi Formula-1 pilotu Devid Kulthard İnfiniti Satış Mərkəzində olub (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyunun 17-də Bakı şəhərinin sakinləri möhtəşəm avtomobil şousunun şahidi oldu. Formula-1 yarışının əfsanəvi pilotu Devid Kulthard RB7 bolidində öz möhtəşəm performansını sərgilədi.

Kulthardın Bakıya səfərindən iki gün əvvəl Formula-1 yarışlarında idarə etdiyi RB7 bolidi İnfiniti Servis Mərkəzinə gətirilərək komandanın peşəkar ustaları tərəfindən yığıldı və daha bir neçə gün öncə yenicə rəsmi açılışı olan İnfiniti Satış Mərkəzində nümayiş etdirilib. Bolidi (yarış avtomobili RB7) izləmək üçün yüzlərcə pərəstişkar İnfiniti Satış Mərkəzinə toplaşıb.

İyunun 16-da pilot və onun komandasının olduğu təyyarə Bakı şəhərinə enib. Hava limanında qonaqları İnfiniti model sırasının avtomobilləri qarşılayıb. Səfər planına uyğun olaraq, pilot öncə İnfiniti Satış Mərkəzini ziyarət edərək mətbuat nümayəndələri ilə görüşüb, qalibiyyətlərlə zəngin karyerası və uğurlarının səbəbi olan yarış avtomobilinin performansı haqqında mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Məşhur pilotun Bakıda ilk olaraq İnfiniti Satış Mərkəzinə gəlişi də təsadüfi deyildi. Belə ki, Red Bull Racing Team-in rəsmi sponsoru İnfiniti-dir. Bundan əlavə, ötən ilin qalibi adını qazanmış Sebastian Vettel İnfiniti brendinin rəsmi səfiri statusuna layiq görülüb.

Daha sonra Kulthard Renault Satış Mərkəzində ona ayrılmış vaxt ərzində eksklüziv müsahibəsi ilə pərəstişkarlarını və satış nümayəndələrini Renault mühərriki haqqında məlumatlandırıb.

Formula-1 yarışlarının ən gənc komandası olan Red Bull Racing Team-in avtomobillərinin mühərriklə təchizatı məhz Renault-a məxsusdur.

İyunun 17-də Kulthardın iştirakı ilə Bakı şəhərinin mərkəzində - Neftçilər prospektində keçirilən avtoşounu izləmək üçün minlərlə insan toplanıb.

Qeyd edək ki, İnfiniti və Renault brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi Nurgün Motors şirkətidir.

Xəbər lenti

Xəbər lenti