...

Portuqaliya Azərbaycanın investisiyalarına maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 14:19 (UTC +04:00)
Azərbaycan və Portuqaliya qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlıdır.
Portuqaliya Azərbaycanın investisiyalarına maraq göstərir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan və Portuqaliya qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Portuqaliya biznes forumunda bildirib.

"Azərbaycan xarici ölkələrə yatırımlar edən dövlətdir və hesab edirəm ki, Azərbaycan şirkətlərinin Portuqaliya iqtisadiyyatına marağı artacaq və onlar Portuqaliyada investisiya baxımından cəlbedici sahələrə sərmayələr qoyacaqlar", - Səfərov deyib.

Onun fikrincə, statistika ölkələr arasında mal dövriyyəsinin kifayət qədər aşağı səviyyədə olduğunu göstərir, lakin onun artırılması üçün böyük potensial var.

"Bu biznes forum ölkələrin iqtisadi əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək", - nazir müavini qeyd edib.

Biznes forumda Portuqaliyanın tikinti, qida sənayesi, İKT, kimya və digər sahələri təmsil edən 20-yə yaxın şirkəti iştirak edir. Portuqaliyanın nümayəndə heyətinə dövlət naziri, xarici işlər naziri Paulo Portaş rəhbərlik edir.

Biznes görüş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti