...

“Atəşgah Həyat şirkətinə istehsalatda sığorta hadisələri ilə bağlı 30-dan artıq müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2012 12:34 (UTC +04:00)
"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti iri sığorta ödənişini həyata keçirib.
“Atəşgah Həyat şirkətinə istehsalatda sığorta hadisələri ilə bağlı 30-dan artıq müraciət daxil olub

Azərbaycan, Bakı, 2 iyul/ Trend/

"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti iri sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bakıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində quşçuluq müəssisələrindən birinin təchizat üzrə meneceri həlak olub.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 17069 AZN təşkil edib. Məbləğ həlak olmuşun həyat yoldaşı və uşaqlarına təqdim olunub.

Hazırda "Atəşgah Həyat" SŞ-yə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 30-dan artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanunu 2010-cu ilin dekabrından tətbiq olunmağa başlayıb.

"Atəşgah Həyat" SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib.
"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir.

2011-cu ilin nəticələrinə əsasən "Atəşgah" SQ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında liderdir. Bu dövr ərzində Qrupun sığorta haqları 28 mln. manat, ödənişləri isə 6,4 mln. manatdan artıq olub.

"Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti