...

Azərbaycanda ortamüddətli perspektivdə sığorta bazarının inkişafı üçün prioritetlər müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2012 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanda kənd təsərrüfatı sığortası bazarı ortamüddətli perspektivdə böyük imkanlara və inkişaf potensialına malikdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov "AIIF - 2012" Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.

Bundan başqa, Bayramovun sözlərinə görə, ortamüddətli perspektivdə ölkənin sığorta bazarının inkişafının prioritetlərindən biri nəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyətinin sığortasının "Yaşıl kart" beynəlxalq sisteminə qoşulmasıdır.

"Avtomobil nəqliyyatı vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə polislərin bağlanması prosesinin avtomatlaşdırılmasının nəticələri göstərir ki, biz yaxın vaxtlarda "Yaşıl kart" sisteminə qoşula biləcəyik", - Bayramov deyib.

Onun sözlərinə görə, bu icbari sığirta ilə yanaşı, nazirlik yaxın vaxtlarda müqavilələrinin nəticəsi "İcbari sığortalar haqqında" yeni qanunla nizama salınan digər üç növ üzrə - icbari əmlak sığortası, əmlakın istismarı zamanı icbari məsuliyyət sığortası və sərnişinlərin icbari sığortası üzrə müqavilələrin bağlanmasının avtomatlaşdırılması niyyətindədir.

"Bu məqsədlə artıq qanunvericiliyə dəyişikliklər üzrə təkliflər hazırlanaraq hökumətə təhvil verilib. Hökumətə sığorta müqavilələrinin bağlanması zamanı elektron imzalardan istifadə edilməsinə dair təklif də təqdim olunub", - Bayramov deyib.

Nazir müavininin sözlərinə görə, habelə həyat sığortası sahəsində də qanunvericiliyə dəyişikliklər edilməsi üzrə işlərə başlanılıb.

"Bundan başqa, tikinti sektorunda sığortanın inkişafı üçün də normativ-hüquqi sənədlərin qəbul edilməsi lazımdır. Həmin sənədlər həm sığorta, həm də tikinti bazarını tənzimləyən qanunvericiliyə aiddir", - Bayramov bildirib.

Xəbər lenti

Xəbər lenti