Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Axundov/
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib. Bu barədə Trend cümə axşamı nazirliyin rəsmi saytına istinadən məlumat verir.
Yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 230 manat olmaqla buğdanın qəbulu iyulun 9-dan sentyabırn 1-dək davam edəcək.
Dövlət Taxıl Fondu "Səngəçal" və "Gəncə" taxıl elevatorları, həmçinin, "Abşeron Taxıl" MMC, "Karat-Holdinq" MMC, "Karmen" MMC, "FATOĞLU" MMC, N.Quliyev adına "Bakı-Taxıl" ASC, "Araz" ASC və "Aveta" MMC müəssisələri vasitəsilə yerli buğda istehsalçılarından müəyyən keyfiyyət tələblərinə cavab verən buğdanı satın alır.