...

"Amrahbank" Binə qəsəbəsində şöbəsini açıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 16:29 (UTC +04:00)
Azərbaycan bankı "Amrahbank"ın Binə şöbəsi iyul ayının 2-dən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H. Hasilov küçəsi 13 ünvanında fəaliyyətə başlayıb.
"Amrahbank" Binə qəsəbəsində şöbəsini açıb (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan bankı "Amrahbank"ın Binə şöbəsi iyul ayının 2-dən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H. Hasilov küçəsi 13 ünvanında fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın yaydığı məlumatda deyilir.

Şöbənin açılış mərasimində bankın nümayəndələri ilə yanaşı, yerli İcra Hakimiyyətinin, büdcə təşkilatlarının rəhbərləri, iş adamları, təqaüdçülər və s. iştirak ediblər.

Bankın yeni istifadəyə verilmiş xidmət mərkəzində həm fiziki, həm də hüquqi müştərilərə bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.

Açılışda çıxış edən İdarə Heyətinin sədri vəzifəsini icra edən E.Həsənov tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, "Amrahbank" Azərbaycanın özəl bank sektorunda fəaliyyət göstərən ilk banklardan biri olduğu kimi, Binə şöbəmiz də hal-hazırda bu qəsəbədə fəaliyyət göstərən ilk və yeganə satış nöqtəsidir. O bildirdi ki, bank xidmətləri göstərmək üçün hər cür şəraitin yaradıldığı yeni şöbədə yerli sakinlərə, iş adamlarına müasir bank xidmətləri ən yüksək səviyyədə təqdim olunacaq.

Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, və digər bank xidmətlərini təqdim edir.

2008-ci ildə "Amrahbank"ın strateji səhmdarı Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (49 faiz səhm paketinə sahibi) ilə yaradılmış əməkdaşlıq əlaqələri, bank daxilində bir sıra sahələrin, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi, keyfiyyəti və digər sahələrin inkişafında mühüm rol oynadı.

Hazırda bankın baş ofisi, 19 filiali və 3 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti