...

Samir Şərifov: Keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə ödənişlərlə bağlı 300 mindən artıq müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 10:37 (UTC +04:00)
10 iyul tarixə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilib, onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilib.
Samir Şərifov: Keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə ödənişlərlə bağlı 300 mindən artıq müraciət daxil olub

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Axundov/

10 iyul tarixə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilib, onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilib.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

"Hesabat dövründə banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilib, onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilib", - Şərifov bildirib.

Onun sözlərinə görə, Prezidentinin imzaladığı tarixi fərmanın icrası olaraq birinci yarım ildə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb.

Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərmanın icrası olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 74 nəfər hərbi qulluqçuya Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Abşeron, Sumqayıt, Gəncə, Naxçıvan, İsmayıllı, Mingəçevir, Lənkəran və digər rayon və şəhərlərdə dövlət vəsaiti hesabına mənzillər təqdim edilib.

"Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə yaratdılan komissiya tərəfindən isə daha 178 nəfər hərbi qulluqçuya mənzil verilməsi ilə bağlı qərarlar qəbul edilib", - Şərifov deyib.

Xəbər lenti

Xəbər lenti