...

Türkiyə Dəmir Yolları İdarəsi özəlləşdiriləcək – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 10:38 (UTC +04:00)
Türkiyənin Dəmir Yolları İdarəsi özəlləşdiriləcək. Bu barədə Sinqapurda rəsmi səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bəyan edib.
Türkiyə Dəmir Yolları İdarəsi özəlləşdiriləcək – nazir

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Dəmir Yolları İdarəsi özəlləşdiriləcək. Bu barədə Sinqapurda rəsmi səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bəyan edib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "Sabah" qəzeti yayıb.

Onun sözlərinə görə, idarənin özəlləşdirilməsi üzrə müvafiq qanun layihəsi imzalanması üçün Nazirlər Şurasına təqdim olunacaq.

"Türkiyənin Dəmir Yolları İdarəsi aviaşirkətlər kimi özəlləşdiriləcək. Bu, dəmir yol nəqliyyatının keyfiyyətinin yaxşılaşmasına və iqtisadiyyatın stimullaşdırılmasına kömək edəcək", - Çağlayan bildirib.

Xəbər lenti

Xəbər lenti