...

Özbəkistan Azərbaycanı "Navoi" ASİZ-in imkanlarından istifadəyə dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2012 15:37 (UTC +04:00)
Özbəkistan Azərbaycan sahibkarlarını "Navoi" azad sənaye-iqtisadi zonasının (ASİZ) imkanlarından istifadə etməyə dəvət edir.
Özbəkistan Azərbaycanı "Navoi" ASİZ-in imkanlarından istifadəyə dəvət edir

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Axundov/

Özbəkistan Azərbaycan sahibkarlarını "Navoi" azad sənaye-iqtisadi zonasının (ASİZ) imkanlarından istifadə etməyə dəvət edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev bildirib.

"Bu zonada layihələrin reallaşdırılması iki istiqamət üzrə aparılır. Birincisi, bütün beynəlxalq aviareyslərin, ilk növbədə, yük aviareyslərinin tranzitini təmin etmək, ikincisi isə bu mövcud zonada sənaye obyektlərinin tikintisinə yardım etməkdir.

Onun sözlərinə görə, "Navoi" ASİZ nəqliyyat-tranzit "hab" (fəaliyyət mərkəzi) mövqeyindədir. Azərbaycan onun imkanlarından istifadə etməklə Asiya ölkələri ilə ticari münasibətlərini genişləndirə bilər.

"Azərbaycan aviadaşıyıcılarının maraqları Asiya tərəfə, xüsusən də Cənub-Şərqi Asiyaya yönələcəksə, "Navoi" fəaliyyət mərkəzi bu kommunikasiyaların Azərbaycan ticarətinin inkişafına yardım etməsi üçün vacib rol oynaya bilər", - Fayziyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti