...

Kimyaçılar etilen-polietilen zavodunun növbəti əsaslı təmirinə hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 12:05 (UTC +04:00)
«Azərikimya» İstehsalat Birliyinin akt zalında Etilen-polietilen zavodunun «EP-300» və «Polimir-120» komplekslərinin builki əsas­lı təmirinə hazırlıqla əlaqədar geniş müşa­virə keçirilmişdir.
Kimyaçılar etilen-polietilen zavodunun növbəti əsaslı təmirinə hazırlaşırlar

"Azərikimya" İstehsalat Birliyinin akt zalında Etilen-polietilen zavodunun "EP-300" və "Polimir-120" komplekslərinin builki əsas­lı təmirinə hazırlıqla əlaqədar geniş müşa­virə keçirilmişdir.

Tədbirdə zavodun istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texni­kası ilə bağlı mövcud vəziyyət haqqında geniş məlumat verilmiş və bir sıra həlli vacib məsə­lələr müzakirə edilmişdir. Təmirin yüksək səviyyədə, qüsursuz aparılması üçün nəzərdə tutu­lan bü­tün işlərin yerinə yetirilməsinin Birlik üzrə xüsusi olaraq yaradılmış qərar­gah tərə­findən ciddi nəza­rətə götürüləcəyi bildirilmişdir. Tədbir zamanı nümayiş etdirilən foto-slayd­lar­dan da gö­rün­düyü kimi, Etilen-polietilen zavodunun bütün sex və isteh­sa­latların­da tə­mirqabağı moni­torinqlər keçirilmiş, təmirə ehtiyacı olan qurğu və mexanizmlər üzrə texniki müşahidələr və analizlər aparılmış­dır.

Ümumi işin naminə prinsipiallıq və özünütənqid şəraitində keçən müşavirədə nəzərə çatdırılmışdır ki, hər bir sex və isteh­salatda təmirdən əvvəl bir daha ciddi araşdırmalar apa­rılmalı, mümkün ola biləcək təhlükə risqlərinin dərəcəsi müəyyənləş­dirilməli, mühəndis-texnik işçilərin və fəh­lələrin təlimatlandırılması mövcud standartlar səviyyəsində təşkil edilməli, yüksəklik­də işləyənlər üçün maksimum təhlükəsizlik şəraiti yaradılmalıdır. Təmirə hazırlıq çərçivə­sin­də qəza-xilasetmə dəstələrinin və sənaye-sanitar laboratoriyasının işinin yüksək səviy­yədə qurulmasının vacibliyi, müvafiq analizlər aparılmadan və nəticələr təhlil olunmadan heç bir işə icazə verilməyəcəyi xüsusi olaraq diqqətə çatdırılmışdır.

Əsaslı təmir işlərinə Etilen-polietilen zavodunun təmirçiləri ilə yanaşı Birliyin Təmir-tikinti İda­rəsinin, Mexaniki-təmir zavodunun aparıcı təmir briqadaları, həmçinin Nəqliyyat və xüsusi tex­nika İdarəsinin maşın-mexanizmləri də cəlb olunmuşdur. Təhlükəsizlik tex­ni­kası qaydaları üzrə tam təlimatlandırılaraq, təmirdə iştirak etməli olan briqadaların işə başlamasına yalnız işləyəcəkləri sahələr təmirə tam hazır olduqdan və bütün təhlükə­sizlik tədbirləri yerinə yetirildikdən sonra razılıq verilməsi qərara alınmışdır.

Xəbər lenti

Xəbər lenti