...

"FINCA Azerbaijan"ın daha bir filialı kənd kreditlərinin verilməsinə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 13:08 (UTC +04:00)
Cari ilin iyul ayında "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının Bakıxanov Filialı ilk Kənd Kredit Qrupu məhsulu üzrə kredit verib.
"FINCA Azerbaijan"ın daha bir filialı kənd kreditlərinin verilməsinə başladı

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Cari ilin iyul ayında "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının Bakıxanov Filialı ilk Kənd Kredit Qrupu məhsulu üzrə kredit verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı təşkilatın yaydığı məlumatda deyilir.

Quşçuluq və təsərrüfatla məşğul olan "Pirşağı" adlı 4 nəfərdən ibarət qrupun hər bir üzvünə 800 manat məbləğində kreditlər verilib.

Bitkiçilik, heyvandarlıq, əkinçilik, südçülük və kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olan sahibkarların kiçik bizneslərinin inkişaf etdirilməsi üçün Kənd Kredit Qrupu faydalı kredit məhsuludur. Sadalanan sahələrdə fəaliyyət göstərən şəxslər, dörd nəfərdən ibarət olan qrup yaratmaqla birgə zaminlik əsasında, girov təqdim etmədən kredit məhsulundan istifadə edə bilərlər.

Hal-hazırda Bakıətrafı ərazilərdə işləyən sahibkarlar Sumqayıt, Mərdəkan, Xırdalan, Bakıxanov filiallarına müraciət edərək Kənd Kredit Qrupu kredit məhsulunu əldə edə bilərlər.

2006-ci ildən Abşeron regionunda fəaliyyət göstərən Bakıxanov filialı 3 million ABŞ dolları portfeli ilə 2600 nəfərdən artıq müştəriyə xidmət göstərir. Filialın müştəriləri minimal sənədlə, qısa müddət ərzində Həmrəy Kredit Qrupu, Kənd Kredit Qrupu, Ekspres Kredit, Kiçik və Orta Sahibkarlıq və Fərdi Kənd Kredit məhsulları üzrə 50 AZN/50 USD -50 000 USD həcmində kreditlər əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti