...

İyun ayında Azərbaycanın avtomobil bazarı 1,7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2012 14:53 (UTC +04:00)
İyun ayında Bakının avtomobil bazarında təklif 1,7 faiz artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (İB) paytaxtın avtomobil bazarında apardığı monitorinqin nəticilərinə dair məlumatında deyilir.
İyun ayında Azərbaycanın avtomobil bazarı 1,7 faiz artıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ə.Həsənov/

İyun ayında Bakının avtomobil bazarında təklif 1,7 faiz artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (İB) paytaxtın avtomobil bazarında apardığı monitorinqin nəticilərinə dair məlumatında deyilir.

Avtomobil bazarında tələbatın və dinamikanın artması qiymətlərə təsir göstərməyib. Belə ki, iyun ayında bazarda avtomobilin orta hesabla qiyməti mayda olduğu kimi 16 200 manat təşkil edib.

"İyunda bazarda dinamikanın artması təkrar avtomobil bazarında 1,6 faiz azalaraq 43 günə çatan avtomobilin ekspozisiya müddətinin azalmasına səbəb olub", - təşkilatın ekspertləri hesab edirlər.

İyun ayı ərzində təşkilat təkrar avtomobil bazarında monitorinq aparıb. Bu zaman təqribən 16 000 avtomobil araşdırma predmeti olub ki, onların yalnız 27,4 faizi iyunda bazara çıxarılıb. Yerdə qalan 72,6 faiz əvvəlki aylardan qalıb. Son aylardan fərqli olaraq, təkrar avtomobil bazarı son iki ay ərzində nisbətən azalıb.

Təkrar bazarda liderlik mövqeyini uzun müddət qoruyub saxlayan "Mercedes" markalı avtomobillərə təklifin həcmi iyunda maya nisbətən 1,3 faiz artıb. Bazarda bu markadan olan avtomobillərin payı 35 faiz təşkil edir.

Bazarın portfelində 9 markadan olan avtomobillərin payı 86,7 faiz təşkil edir. Yerdə qalan 13,3 faiz 20-dən yuxarı avtomobil şirkətinin 80 markadan çox avtomobillərinin payına düşür. Bazarda ən böyük təklif artımı (3,2 faiz) VAZ avtomobilləri üzrə olub.

Xəbər lenti

Xəbər lenti