...

Bakıda içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2012 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycanda içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirləri gücləndirilsə də, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər.

"Azərsu" ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Su təchizatı və tullantı suları haqqında" qanunun tələbləri əsas götürülərək belə halların aşkarlanması və aradan qaldırılması məqsədilə Bakı Sukanal idarəsinin Xətai Sukanal departamenti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 40 ünvanında yerləşən "Avto-qarant" Açıq Səhmdar Cəmiyyətində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Səhmdar Cəmiyyətin yerləşdiyi ərazidə icarə əsasında fəaliyyət göstərən xalçayuma, daş kəsimi, mebel və şüşə sexlərində içməli sudan qeyri-qanuni istifadə edilib. Su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, həmin obyektlərə içməli suyun verilməsi 25 mm diametrli borularla nəzərdə tutulsa da, qeyri-qanuni çəkilmiş 25 mm diametrli xətdən istifadə edilib.

Araşdırma zamanı məlum olub ki, obyekt ərazisindəki 2 subartezian quyusundan çıxarılan sular istifadə olunduqdan sonra kanalizasiya şəbəkəsinə axıdılıb və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə edilib.

Aşkarlanan faktlar obyekt rəhbərliyinin iştirakı ilə aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb. Sudan qeyri-qanuni istifadə edilməsinə görə "Azərsu" ASC-yə dəymiş zərər qiymətləndiriləcək və abunəçi - "Avto-qarant" ASC cərimə olunacaq.

"Azərsu" ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilər içməli su təchizatı qeyd-şərtsiz dayandırılacaq və onlara qarşı cərimə tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti