...

“ATL Consulting”-in “Azərbaycanın ən böyük çörək zavodu” layihəsi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2012 12:03 (UTC +04:00)
Bakı şəhərində gündəlik istehsal gücü 156 min ton olan "Çörək zavodu"nun inşası həyata keçirilir.
“ATL Consulting”-in “Azərbaycanın ən böyük çörək zavodu” layihəsi (FOTO)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Bakı şəhərində gündəlik istehsal gücü 156 min ton olan "Çörək zavodu"nun inşası həyata keçirilir. "Çörək zavodu" layihəsi "ATL Consulting" şirkəti tərəfindən həyata keçirilən nəhəng layihələrdən biridir.

Şirkətdən Trend-ə verilən məlumata görə, çörək zavodunun tikilməsindən əvvəl "ATL Consulting" tərəfindən un məmulatları üzrə bazar araşdırması həyata keçirilmişdir.

Bazar araşdırması zamanı istehsalın bu sektorunu tamamilə əhatə olunmaqla, məhsullar və müştəri davaranışı üzrə də tətqiqat aparılmışdır. Zavodun strateji fəaliyyəti, qiymət və satış strategiyası, tətbiq olunacaq marketinq strategiyaları hazırlanmışdır. Əsas strateji məqamlara bazar rəqabət qabiliyyətliliyinin, müştəri istək və tələblərini nəzərə almaqla fəaliyyətlərin tənzimlənməsi aid edilir.

Tədqiqatlara əsasən "ATL Consulting" tərəfindən aparılan biznes fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq, zavodun tikilməsi qərarına gəlinmişdir. Çörək zavodunun texniki təchizat və istehsal prosesinə dair məsləhətlərin verilməsi üçün "ATL Consulting" Avropanın iki aparıcı şirkəti "WP Bakery" və "Harry's Bread" ilə sıx əməkdaşlığa başlamışdır. Zavodun tikintisi "Urbek" MMC şirkəti tərəfindən həyata keçirilir.

Zavodda çörəklə bərabər müxtəlif növ şirniyyatlar da istehsal olunacaq. Tikintisi 2012-ci ilin iyun ayından Xətai rayonu Əhmədli qəsəbəsində başlayan zavodda 240 iş yerinin açılması nəzərdə tutulub. Bu hal əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərəcək. Layihənin ümumi dəyəri 25 milyon manat olaraq dəyərləndirilib. Zavodda tamamilə yeni və müasir texnoloji standartlara cavab verən avadanlıqlardan istifadə olunacaq.

Qeyd edək ki, bu avadanlıqlar Almaniyanın WP Bakery şirkəti tərəfindən təmin olunacaq. Avropanın un məmulatları üzrə ixtisaslaşmış məşhur "Harry's Bread" şirkəti isə məhsulların hazırlanması üzrə öz tövsiyyə və məsləhətlərini verəcək.

"Çörək zavodu" layihəsinin həyata keçirilməsi xüsusilə Bakı və Sumqayıt şəhərlərində çörəyin keyfiyyətinə müsbət təsir göstərəcək. Çörək zavodu "Xəzri TN" şirkətinə məxsus olmaqla, 2013-cü ilin aprel ayında istifadəyə veriləcək.

Xəbər lenti

Xəbər lenti