...

Azərbaycan və Türkiyə işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni saziş layihəsi üzrə razılıq əldə ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 15:26 (UTC +04:00)
Bu gün Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın 7-ci iclasının protokolu çərçivəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yaradılmış işçi qrupunun ikinci iclasının yekunlarına dair protokol imzalanıb.
Azərbaycan və Türkiyə işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni saziş layihəsi üzrə razılıq əldə ediblər (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Bu gün Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın 7-ci iclasının protokolu çərçivəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yaradılmış işçi qrupunun ikinci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Türkiyə əmək və sosial müdafiə nazirinin müavini Namık Ata imzalayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda hər iki ölkə vətəndaşlarının əmək, sosial müdafiə, məşğulluq və yaşayış icazələri məsələlərində qarşılaşdıqları problemlərin müəyyən edilməsi və həll edilməsi istiqamətində görüləcək tədbirlərin müəyyənləşdirilməsi məsələsi geniş müzakirə olunub.

İclasın nəticəsi olaraq, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi arasında 5 may 1997-ci il tarixində Ankara şəhərində imzalanmış əməkdaşlıq sazişinin günün şərtlərinə uyğun olaraq yenidən işlənməsi və tərəflərin müvafiq ölkədaxili prosedurları rəsmi olaraq tamamlandıqdan sonra əlaqədar nazirliklər tərəfindən imzalanması barədə razılığa gəlinib.

Bununla yanaşı, Azərbaycan və Türkiyə arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni bir sazişin imzalanması qərarlaşdırılaraq, həmin saziş layihəsi üzrə razılıq əldə edilib. Tərəflərin müvafiq ölkədaxili prosedurları rəsmi olaraq tamamlandıqdan sonra həmin saziş imzalanacaq.

Xəbər lenti

Xəbər lenti