...

Dövlət Gömrük Komitəsi: Azərbaycanda mobil telefonların qaçaqmalçılığı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 13:07 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə daxilolmaların proqnozunu 100,4 faiz yerinə yetirib.
Dövlət Gömrük Komitəsi: Azərbaycanda mobil telefonların qaçaqmalçılığı artıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə daxilolmaların proqnozunu 100,4 faiz yerinə yetirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin sədri Aydın Əliyev jurnalistlərə bildirib.

"Səkkiz ay ərzində DGK dövlət büdcəsinə gömrük rüsumu və vergilərinin yığımı hesabına 770 milyon proqnoza qarşı 773 milyon manat vəsait ödəyib", - Əliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd edilən mallar arasında mobil telefonlar üstünlük təşkil edir.

"Əgər əvvəllər tütün məhsulları və alkoqollu içkilər çoxluq təşkil edirdisə, indi mobil telefonlar üstünlük təşkil edir. Qaçaqmal olan mobil telefonlar Gürcüstandan, Çindən və BƏƏ-dən gətirilir", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, hüquqpozanlar gömrük sənədləşdirməsindən qaçmağa və gömrük vergilərinin ödənilməsindən yayınmağa çalışırlar.

2011-ci ildə DGK xətti ilə daxilolmaların 1,14 milyard manat məbləğində proqnozu yerinə yetirilib. 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti