...

Azərbaycan Sloveniyanı xüsusi iqtisadi zonalarda iştiraka dəvət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 14:01 (UTC +04:00)
Azərbaycan Sloveniya şirkətlərini ölkədə yaradılacaq xüsusi iqtisadi zonalarda iştiraka dəvət edib.
Azərbaycan Sloveniyanı xüsusi iqtisadi zonalarda iştiraka dəvət edib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Azərbaycan Sloveniya şirkətlərini ölkədə yaradılacaq xüsusi iqtisadi zonalarda iştiraka dəvət edib.

Trend-in məlumatına görə, bu gün Bakıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin Sloveniyanın Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjav ilə keçirdiyi görüşdə bu ölkə şirkətlərinin Azərbaycanda xüsusi iqtisadi zonalarda mümkün iştirakı, ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı məsələləri, ticarət münasibətləri və qarşılıqlı investisiyaların genişləndirilməsi, iş adamları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Mustafayev görüşdə müxtəlif sahələrdə Azərbaycan və Sloveniya arasında əməkdaşlığın inkişafını və yüksəkvəzifəli rəsmi şəxslərin səfərlərinin ikitərəfli əlaqələrin genişləndirilməsində böyük əhəmiyyətini, işgüzar görüşlərin keçirilməsini qeyd edib. 2004-2011-ci illərdə Azərbaycanda Sloveniya kapitalı ilə beş şirkət qeydiyyatdan keçib.

Zerjav öz növbəsində vurğulayıb ki, ölkəsində Azərbaycanda baş verən dəyişiklikləri, davamlı iqtisadi inkişafı maraqla izləyirlər.

Onun sözlərinə görə, Azərbaycan və Sloveniya iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdirlər.

Xəbər lenti

Xəbər lenti