...

Azərbaycanda Rusiya sığorta şirkətinin filialı açıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 09:30 (UTC +04:00)
Azərbaycanda nümayəndəliyini açan Rusiyanın "Согласие" ("Soqlasiye") sığorta şirkəti fəaliyyətini filial şəklində davam etdirə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə şirkətin baş direktoru Elnur Süleymanov bildirib.
Azərbaycanda Rusiya sığorta şirkətinin filialı açıla bilər

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda nümayəndəliyini açan Rusiyanın "Согласие" ("Soqlasiye") sığorta şirkəti fəaliyyətini filial şəklində davam etdirə bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə şirkətin baş direktoru Elnur Süleymanov bildirib.

"Biz nümayəndəliyin filiala çevrilməsi məsələsini nəzərdən keçirə bilərik. Bu, yaxın 2-3 il ərzində mümkündür", - Süleymanov deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda biznesinin inkişaf edəcəyi təqdirdə, bu məsələyə baxa bilər.

Şirkətin nümayəndəliyi 2012-ci il iyunun 19-da Azərbaycanın vergi orqanlarında dövlət qeydiyyatından keçib. Nümayəndəliyə Emin Aslanov rəhbərlik edir.

Nümayəndəlik qarşısında Azərbaycanın yerli şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulması dayanır. Bu, onların "Согласие"də risklərinin təkrar sığortalanması çərçivəsində həyata keçirlir.

"Согласие" MMC 1993-cü ildə təsis edilib, 90-dan artıq sığorta və təkrar sığorta növləri üzrə fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 4,3 milyard rubl (134,8 milyon dollar) təşkil edir. Şirkətin regional şəbəkəsi 700 struktur bölməsindən ibarətdir. Bu bölmələr Rusiyanın bütün federal dairələrində fəaliyyət göstərir.

2012-ci ilin I yarısının yekunları üzrə şirkətin topladığı sığorta haqlarının həcmi 16,4 milyard rubl (514 milyon dollar), sığorta ödənişləri isə 8,3 milyard rubl (260 milyon dollar) təşkil edib.

"Эксперт РА" reytinq agentliyi şirkətin etibarlılıq reytinqini A++ "Müstəsna etibarlılığın yüksək səviyyəsi"nədək qaldırıb, proqnoz reytinqi isə "sabit"dir.

Xəbər lenti

Xəbər lenti