...

Azərbaycanın iri bankı qızıl emalı zavodunun tikintisini tam maliyyələşdirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2012 13:38 (UTC +04:00)
"Anglo Asian Mining plc" şirkəti (Azərbaycanda qızıl istehsalçısı) Gədəbəydə qızılın yuyulması zavodunun tikintisi üçün Azərbaycan Beynəlxalq Bankından (AMB) 10,5 milyon dollar həcmində növbəti kreditin cəlb edilməsi haqqında razılıq əldə edib.
Azərbaycanın iri bankı qızıl emalı zavodunun tikintisini tam maliyyələşdirməyə hazırdır

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Axundov/

"Anglo Asian Mining plc" şirkəti (Azərbaycanda qızıl istehsalçısı) Gədəbəydə qızılın yuyulması zavodunun tikintisi üçün Azərbaycan Beynəlxalq Bankından (AMB) 10,5 milyon dollar həcmində növbəti kreditin cəlb edilməsi haqqında razılıq əldə edib. Trend-in məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

"Kredit hesabına qızılın yuyulması zavodunun tikintisinin əvvəlki mərhələləri maliyyələşdiriləcək", - məlumatda qeyd edilir.

Şirkət zavodun tikintisi üçün ilk krediti bu ilin mayında alıb. Həmin vaxt AMB 7,5 milyon dollar kredit ayırıb, bu vəsaitdən artıq 5,9 milyon dolları istifadə edilib.

Sazişin şərtlərinə əsasən, hər rüb qaytarılacaq kredit üzrə faiz dərəcəsi illik 12 faiz təşkil edir.

Kreditin ödənişinə hər tranşı aldıqdan iki il sonra başlanılacaq, 12 bərabər rüblük ödəniş növündə həyata keçiriləcək və 36 ay ərzində başa çatdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti