...

Bakı-Aberdin aviareysi dayandırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 18:13 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin 28 oktyabr 2012-ci il tarixindən etibarən Şotlandiyanın Aberdin şəhərinə olan müntəzəm sərnişin reyslərinin dayandırılacağını bildirir.
Bakı-Aberdin aviareysi dayandırılır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

"Azərbaycan Hava Yolları" QSC-nin 28 oktyabr 2012-ci il tarixindən etibarən Şotlandiyanın Aberdin şəhərinə olan müntəzəm sərnişin reyslərinin dayandırılacağını bildirir.

Trend QSC-nin rəsmi saytına istinadən məlumata verir ki, reysin dayandırılması aviaşirkətin Böyük Britaniyanın London şəhərinə həyata keçirilən uçuşlarının gündəlik rejimə keçirilməsi ilə əlaqədardır.

Azərbaycan və Böyük Britaniya arasında bağlanmış ölkələrarası sazişə əsasən, hər iki tərəfdən həftədə 7 uçuşun həyata keçirilməsinə icazə verilir.

"Aviaşirkət Aberdin reysi ilə səyahət etmiş bütün sərnişinlərinə öz təşəkkürünü bildirir və yaranmış narahatçılığa görə üzr istəyir", - QSC-nin yaydığı məlumatda deyilir.

Bakı-Aberdin/Aberdin-Bakı istiqaməti üzrə 033/034 reyslərinə aviabilet əldə edən sərnişinlərin seçiminə ya alternativ marşrut təqdim olunacaq, ya da biletlərin qiymətinə əsasən sərnişinə məbləğin tam şəkildə geri qaytarılması həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti