...

"Azərbaycan Dəmir Yolları" yeni təmir zavodlarının tikintisi imkanını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2012 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC dəmiryol vaqonlarının əsaslı təmiri üzrə zavodların tikintisi imkanlarını nəzərdən keçirir. Bu barədə Trend-ə cümə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"Sərnişin və yük vaqonlarının təmiri üzrə bir zavodun, habelə iki ayrı zavodun tikintisi imkanları və məqsəduyğunluğu nəzərdən keçirilir", - Əzməmmədov qeyd edib.

Onun fikrincə, Azərbaycanda hələ olmayan vaqonların əsaslı təmiri zavodunun tikintisi aktualdır və QSC bu məsələyə dair maraq və planlarını qoruyur.

"Vaqonların əsaslı təmiri zavodunun və ya zavodlarının yaradılması dəmiryol təsərrüfatının inkişafı, Bakı-Tbilisi-Qars yeni dəmiryol marşrutunun çəkilməsi və perspektivdə Avropaya çıxış imkanı üzrə planlar çərçivəsində vacibdir", - Əzməmmədov deyib.

Xəbər lenti

Xəbər lenti