...

Asiya İnkişaf Bankı Azərbaycanda bərk tullantıların təkrar emalı sahəsinə dəstək göstərməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2012 18:13 (UTC +04:00)
Asiya İnkişaf Bankının şəhərsalma üzrə baş mütəxəssisi Drajen Kuçan 24-27 sentyabrda Azərbaycanda missiyada olub.
Asiya İnkişaf Bankı Azərbaycanda bərk tullantıların təkrar emalı sahəsinə dəstək göstərməyə hazırdır

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Asiya İnkişaf Bankının şəhərsalma üzrə baş mütəxəssisi Drajen Kuçan 24-27 sentyabrda Azərbaycanda missiyada olub.

Bankın ölkədəki daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı o, Azərbaycanda bərk tullantıların təkrar emalı sektorunun inkişafı və hökumətin həmin sektorda gələcək işlərini müzakirə edib.

Missiya İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər müvafiq dövlət orqanları və bərk tullantılar sektorunun Azərbaycanda idarə olunması ilə məşğul olan beynəlxalq partnyorlar - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniyanın KfW İnkişaf Bankı ilə görüş və müzakirələr aparıb.

Missiyanın məqsədi Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə bərk tullantıların təkrar emalı sektoru üçün AİB-in 800 min ABŞ dolları məbləğində yardım qrantını müzakirə etmək olub.

Xəbər lenti

Xəbər lenti