...

Azərbaycan-Bosniya və Herseqovina biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabrın 18-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bosniya və Herseqovina biznes forumu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Bosniya və Herseqovinanın inşaat, İKT, neft-qaz və kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının tikintisi, metallurgiya, təhlükəsizlik və yanğınsöndürmə xidmətləri və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

Biznes forum çərçivəsində hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti