...

Dünyanın ən yaxşı PR mütəxəssisləri “Baku PR Experience”də toplaşıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir C.Nəsibova/

Dünyanın ən yaxşı PR mütəxəssisləri PR sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən "Baku PR Experience" tədbirində "P World"-ün baş direktoru Kosta Petrov bildirib.

"Şirkətin reputasiyası PR sahəsində düzgün və düşünülmüş fəaliyyət vasitəsilə bu prosesdə ən əhəmiyyətli rolu oynayan insan amilini nəzərə alaraq qazanılmış ola bilər", - şahzadə Diananın keçmiş şəxsi katibi və "Şahzadənin kölgələri" bestsellerinin müəllifi Patrik Cefson tədbirdə çıxışı zamanı bildirib.

Cefson kral ailəsində, eləcə də şahzadə Diana ilə topladığı peşəkar iş təcrübəsini, habelə RP fəaliyyətinin həyata keçirilməsinin və reputasiyaların idarə olunmasının mühüm aspektlərini auditoriya ilə bölüşüb.

Azərbaycanda bu ilin ən gözlənilən biznes tədbiri "Hilton" hotelində keçirilib. Orada dünyanın RP sahəsində çalışan ən yaxşı mütəxəssisləri BBC-də kommunikasiyalar məsələləri üzrə əsas məsləhətçi olmuş Stilin Donald daxil olmaqla, "Qazprom"un PR-direktorları olmuş Filipp Dyuherst, Böyük Britaniyanın Qrinviç Universitetinin mühazirəçisi, kommunikasiyalar və reklam üzrə mütəxəssis Conatan Vilson və başqaları iştirak edib.

"PR Experience" Avropada ən böyük PR-hadisədir. Yalnız 2012-ci ildə Belqradda, Zaqrebdə, Dubayda, Praqada və Moskvada keçirilən tədbirlərdə 2000-dən çox nümayəndə iştirak edib.

"Baku PR Experience" "Synergy Partnerships"in və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə BƏƏ-də yerləşən "P World" şirkəti tərəfindən təşkil edilib. "Zerkalo" qəzeti, Trend Beynəlxalq İnformasiya Agentliyi, Boutique Magazine, biznesinfo.az və mak.az tədbirin media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti