Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
"FINCA Azerbaijan" bank olmayan kredit təşkilatlı kiçik və orta sahibkarlara göstərdiyi maliyyə xidmətlərinin səviyyəsini daha da yüksəltmək üçün zənglərin mərkəzi idarəetmə sistemindən istifadə etməyə başlayıb.
Təşkilatdan Trend-ə verilən məlumata görə, bütün bölgələrdən olan insanların daha rahat şəkildə zəng edə bilməsi üçün yeni nomrə - *2525 istifadəyə verilib.
Azərbaycanın bütün mobil operatorlarından və şəhər nömrələrindən həftənin iş günlərində (bazar ertəsi - cümə günləri), saat 09:00-dan 18:00-dək müraciət edən şəxslər "FINCA Azerbaijan"ın fəaliyyəti, xidmətləri, kredit şərtləri və s. barədə geniş məlumat əldə edə, eləcə də şikayətlərini və təkliflərini bildirə bilərlər.