...

İsrail Azərbaycana dəniz suyunun təmizlənməsi üzrə qabaqcıl texnologiya təqdim etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2012 12:53 (UTC +04:00)
İsrail dəniz suyunun təmizlənməsi sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə və bu sahədə ən yeni texnologiyaları təqdim etməyə hazırdır.
İsrail Azərbaycana dəniz suyunun təmizlənməsi üzrə qabaqcıl texnologiya təqdim etməyə hazırdır

İsrail, Yerusəlim, 31 oktyabr / Trend, müxbir S.Ağayeva /

İsrail dəniz suyunun təmizlənməsi sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə və bu sahədə ən yeni texnologiyaları təqdim etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İsrailin Suyun Ttəmizlənməsi Mərkəzində azərbaycanlı jurnalistlərlə görüşdə bildirilib.

Bu gün İsraildə istifadə olunan şirin suyun böyük hissəsi məhz dəniz suyunun təmizlənməsi yolu ilə əldə olunur. Habelə Təl-Əvivin çirkab suları təmizlənərək daha sonra dənizə və səhraya axıdılır, eləcə də kənd təsərrüfatı məhsullarının süni suvarılması zamanı bu sudan istifadə olunur.

Mərkəzdən xəbər verildiyi kimi, həmin texnologiyalar artıq bir çox Avropa ölkələrində istifadə olunur və İsrail bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti