Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir E.İsmayılov/
Bakı-Minsk marşrutu üzrə aviareyslərin sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılıb. Trend-in məlumatına görə, bu barədə Belarus Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Aviareyslər çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri həyata keçirilir. Təyyarə Bakıya saat 03:45-də enir, Bakıdan isə saat 04:45-də uçur.
Bu marşrut üzrə uçuşlar "Belavia" aviaşirkəti tərəfindən həyata keçirilir.