Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir C.Nəsibova/
Azərbaycan investorları Zambiyada keçiriləcək beynəlxalq investisiya forumunda iştirak edə bilərlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Forumun məqsədi sahibkarların Zambiyada əlverişli investisiya mühiti və ticarət sahəsində imkanlarla tanış olmasıdır.
Forum çərçivəsində əsasən turizm, istehsalat, kənd təsərrüfatı, balıqçılıq, heyvandarlıq, faydalı qazıntıların hasilatı sahəsində investisiya imkanları müzakirə ediləcək.
Tədbir bu il noyabrın 15-də Zambiyanın Livinqston şəhərində baş tutacaq. Tədbirdə yerli və xarici investorlar, həmçinin qabaqcıl sənaye şirkətləri iştirak edəcəklər.