...

Sumqayıtda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 18:55 (UTC +04:00)
2 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, “SAS” MMC-yə məxsus gözəllik salonu və saglamlıq mərkəzində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.
Sumqayıtda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

2 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, "SAS" MMC-yə məxsus gözəllik salonu və saglamlıq mərkəzində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.

Trend Vergilər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin oktyabr ayının 15-də müəssisənin 2 min 229 manat vergi borcu yaranıb, oktyabrın 23-də ona borc bildirişi göndərilib, noyabrın 5-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi gözəllik salonuna məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları obyektdəki 2 min 500 manat məbləğində müxtəlif növ trenajor alətlərini müvafiq qaydada siyahıya alıblar.

Həmin gün vergi xidməti əməkdaşları Sumqayıt şəhərindəki daha bir obyektdə - 21-ci mikrorayonda yerləşən, fiziki şəxs Allahverdiyev Eldəniz Mahir oğluna məxsus dəmirçi sexində də əmlakın siyahıya alınmasını həyata keçiriblər. Allahverdiyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun cari ilin aprel ayında 2 min 828,5 manat vergi borcunun yarandığı müəyyən edilib, aprelin 23-də ona vergi borcu haqqında bildiriş göndərilib, noyabrın 12-də isə fiziki şəxsə məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları dəmirçi sexindəki 3 min manat dəyərində olan əmlakı müvafiq qaydada siyahıya alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti