...

"Ernst & Young" Azərbaycanın sığorta şirkətləri üçün MHBS üzrə seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2012 18:05 (UTC +04:00)
"Ernst & Young" (EY) şirkəti Azərbaycanın və Gürcüstanın aparıcı sığorta şirkətlərinin nümayəndələri üçün MHBS-in (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) tətbiqi və ona aid texniki məsələlər üzrə seminar keçirib.
"Ernst & Young" Azərbaycanın sığorta şirkətləri üçün MHBS üzrə seminar keçirib

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

"Ernst & Young" (EY) şirkəti Azərbaycanın və Gürcüstanın aparıcı sığorta şirkətlərinin nümayəndələri üçün MHBS-in (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) tətbiqi və ona aid texniki məsələlər üzrə seminar keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, seminar Kiril Olşanski (EY-nin sığorta və aktuar məsləhət xidmətləri üzrə meneceri) və Nataliya Uqolkova (sığorta qrupunun meneceri) tərəfindən keçirilib. Əsas müzakirə olunan mövzulara 4 saylı MHBS "Sığorta müqavilələri"nin tətbiqi, xüsusi aktuar məsələlər, regionda sığorta şirkətlərinin üzləşdiyi praktiki məsələlər və digər məsələlər daxil olub.

Auditoriya "Ernst & Young" şirkətinin belə faydalı tədbir təşkil etməsini yüksək qiymətləndirib.

IC Group Insurance Company MMC, Gürcüstan şirkətinin maliyyə hesabatları departamentinin rəhbəri Mixail Omanadze öz təəssüratları ilə bölüşüb: "EY Bakı ofisi tərəfindən Moskva təlimçilərinin iştirakı ilə təşkil olunmuş seminar MHBS-in sığorta şirkətlərində tətbiqi ilə bağlı bəzi maraqlı və aktual məsələləri qaldırıb. Mənim üçün texniki sessiyanın ən maraqlı hissəsi o qədər də aydın olmayan 4 saylı MHBS-in təfsilatlı müzakirəsi idi. Bu standartı EY məsləhətçiləri olmadan təfsir etmək çətindir. Həmçinin, 4 saylı MHBS-də az məlumat verilən uzunmüddətli sığorta müqavilələrin uçota alınması ilə bağlı məlumat almaq çox maraqlı idi. EY aktuari tərəfindən müzakirə olunan ehtiyatların adekvatlığı və sığorta biznesində dərəcə metodları ilə bağlı məsələlər xüsusilə həyəcanlandırıcı və faydalı idi. Sonda bunu deyə bilərəm ki, bu seminar orada müzakirə olunan biznes məsələlərinin xüsusi uyğunluğu ilə seçilib. Şirkətin MHBS maliyyə hesabatlarına məsul kimi, eləcə də auditorlarla mütəmadi əlaqədə olan bir şəxs kimi EY-nin təcrübəli nümayəndələri ilə görüşün mənim üçün boyük praktiki əhəmiyyəti var idi".

"Paşa Sığorta" şirkətinin Maliyyə və İMS şöbəsinin direktor müavini Murad Süleymanov əlavə edib: "Bazarın, nizamlayıcı mexanizmlərin və əsas prinsiplərin inkişaf mərhələsində olmasını və təcrübəli işçilərin və nəşrlərin az olmasını nəzərə alsaq, hazırda yerli sığorta bazarında Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının hazırlanmasında böyük boşluq var. Bütün bunları nəzərə almaqla düşünürəm ki, təlim tam vaxtında həyata keçirilib və əminəm ki, iştirakçı şirkətlərin əsasən texniki məsələlər, geniş açıqlamalar və maliyyə hesabatlarının təqdim edilməsi sahələrində maliyyə hesabatlarının hazırlanması prosesini yaxşılaşdıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti