...

Bakıda 650 mindən çox abonent qaz sayğacları ilə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2012 16:28 (UTC +04:00)
Noyabrın birinə olan məlumata görə, Azərbaycanda 1 443 188 abonent qaz sayğacları ilə təmin olunub. Oktyabrda bu rəqəm 1 428 112 təşkil edib. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyindən məlumat veriblər.
Bakıda 650 mindən çox abonent qaz sayğacları ilə təmin olunub

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.İsmayılov/

Noyabrın birinə olan məlumata görə, Azərbaycanda 1 443 188 abonent qaz sayğacları ilə təmin olunub. Oktyabrda bu rəqəm 1 428 112 təşkil edib. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyindən məlumat veriblər.

Məlumata görə, sayğacla təmin olunmuş abonentlər arasında 1 425 447-i əhali kateqoriyasına, yerdə qalan 17 741-i isə digər kateqoriyadan olan abonentlərə aiddir.

Bakı üzrə əhali arasında sayğacla təmin olunmuş abonentlərin sayı 640 857 təşkil edir, 9462-i isə başqa abonentlərin payına düşür. Yerdə qalan 784 590 sayğac regionların əhali kateqoriyasının, 8279 sayğac isə digər kateqoriyadan olan abonentlərin payına düşür.

Bakı üzrə cəmi 650 319 abonent sayğacla təmin olunub, regionlar üzrə bu göstərici 792 869 təşkil edir.

1 noyabr 2012-ci il tarixə əhali qrupundan olan abonentlər üçün quraşdırılan "smart-kart" bazasında çalışan sayğacların sayı 502 min ədədə yaxın təşkil edib.

Xəbər lenti

Xəbər lenti