...

"ABB-Gürcüstan" dördqat mənfəət artımı nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturu olan "ABB-Gürcüstan"ın aktivləri 2012-ci il oktyabr 1-nə 128,7 milyon lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 28,13% çoxdur.

ABB-dən Trend-ə verilən məlumata görə, hesabat dövrü ərzində bankın kredit portfeli 71,3% artaraq 97,7 milyon lari təşkil edib.

Bankın məlumatına görə, müştərilərin sayının artması tendensiyası qorunub. Belə ki, bankın hüquqi və fiziki şəxs olan müştərilərinin sayı 2012-ci il oktyabrın 1-nə 1462 təşkil edib (il ərzində artım 37,5%). Bankın depozit portfeli 35% artaraq 89,2 milyon lari təşkil edib.

Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrünə nisbətdə 313 faiz artaraq 2012-ci il oktyabrın 1-nə 4,3 milyon lari səviyyəsində olub.

Cari il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 22,7 milyon lari təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti