...

İmişlidə prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 11:27 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu İmişli rayonunun Bəhramtəpə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
İmişlidə prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İmişli rayonunun Bəhramtəpə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən İmişli rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri taxılçılıq təsərrüfatının yaradılması;
- müasir heyvandarlıq kompleksinin yaradılması;
- kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması;
- müasir soyuducu anbar kompleksinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti