...

2014-cü ilin sonunadək Bakıda yağış və çirkab sularının yığılması problemi həll ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 14:50 (UTC +04:00)
2014-cü ilin sonunadək Bakıda və paytaxın qəsəbələrində yağış və çirkab sularının axını ayrılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Azərsu" ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov deyib.
2014-cü ilin sonunadək Bakıda yağış və çirkab sularının yığılması problemi həll ediləcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir H.Vəliyev/

2014-cü ilin sonunadək Bakıda və paytaxın qəsəbələrində yağış və çirkab sularının axını ayrılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Azərsu" ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov deyib.

Onun sözlərinə görə, bu, bir sıra küçələrdə yağış sularının yığılması problemini həll etməyə imkan verəcək. Beynəlxalq normalara əsasən, çirkab və yağış suları infrastrukturu bir-birindən ayrı qurulmalıdır.

"Bakıda çirkab suları xətləri artıq uzun illərdir ki, acınacaqlı vəziyyətdədir, yağış sularının axını isə çirkab kanallarına yönəldilir. Müvafiq olaraq, mövcud şəraitdə çirkab suları üçün nəzərdə tutulan kanal yağış suyunun axınına tab gətirmir, nəticədə bir sıra küçələrdə yağış suları toplanır", - Cabbarov qeyd edib.

Hazırda çirkab suları kollektorlar vasitəsilə "Zığ-2" kanalizasiya nasos stansiyasına daxil olur, sonra Hövsan aerasiya sisteminə göndərilir. Yağış suları isə xüsusi qurğulardan istifadə edilməklə dənizə axıdılır.

"Yaxın vaxtlarda yağış və çirkab sularının axını ayrılıqda həyata keçiriləcək. Yağış suları birbaşa dənizə axıdılacaq, çirkab suları isə kollektorlar vasitəsilə təmizləyici qurğulara daxil olacaq", - Cabbarov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti