...

İranda qaçaqmalçığın qarşısının alınması üçün idxal olunan məhsullara etiket yapışdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 13:47 (UTC +04:00)
İranda qaçaqmalçılığın qarşısının alınması məqsədi ilə ölkəyə idaxal olunan və bazarda satışa çıxarılacaq məhsullara etiket yapışdırılacaq.
İranda qaçaqmalçığın qarşısının alınması üçün idxal olunan məhsullara etiket yapışdırılacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Cəfərov/

İranda qaçaqmalçılığın qarşısının alınması məqsədi ilə ölkəyə idaxal olunan və bazarda satışa çıxarılacaq məhsullara etiket yapışdırılacaq. Bunu İranın İstehlakçılara və İstehsalçılara Yardım Təşkilatının sədr müavini Müctəba Fərəhani deyib. Trend-in məlumatına görə, bu barədə İranın Sənaye, Ticarət və Mədənlər Nazirliyinin saytında bildirilib.

Məlumata əsasən, Sənaye, Ticarət və Mədənlər Nazirliyinin yoxlama və monitorinq şəbəkəsi bu məqsədlə "Şəbnəm" etiketi layihəsini həyata keçirəcək. Bu layihəyə əsasən, ölkəyə idxal olunan məhsulların üzərinə "Şəbnəm" etiketi yapışdırılacaq və onların bazarda satışı həmin etiketlərlə həyata keçiriləcək.

Layihəyə dekabr ayının 22-dən start veriləcək. Ölkəyə məhsul idxal edən bütün müəssisə və şirkətlər bu tarixdən etibarən öz məhsullarının üzərinə "Şəbnəm" etiketi yapışdırmazsa, məhsullar qaçaq hesab olunacaq və məhsulu idxal edən şirkətlərə qarşı cəzalar tətbiq olunacaq, eləcə də etiketsiz məhsullar müsadirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti