...

Azərbaycanda 290 kq-a yaxın ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2012 18:07 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.
Azərbaycanda 290 kq-a yaxın ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Yasamal, Nəsimi, Nərimanov rayonlarında, Gəncə şəhərində, eləcə də Samux və Ağdaş rayonlarında aparılan növbəti yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunub.

Ümumilikdə, monitorinqlər zamanı 290 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti