...

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə nəqliyyat layihəsi üzrə memorandum imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2012 18:06 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən "Silk Wind" nəqliyyat layihəsi üzrə memorandum imzalayıblar.
Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə nəqliyyat layihəsi üzrə memorandum imzalayıblar

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Y.Kosolapova/

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə "Avropa-Qafqaz-Asiya" nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən "Silk Wind" nəqliyyat layihəsi üzrə memorandum imzalayıblar. Bu barədə çərşənbə günü Trend-ə Qazaxıstan Nəqliyyat və Kommunikasiyalar Nazirliyindən məlumat verilib.

"Qara dəniz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında ticarət və nəqliyyata yardım üzrə beynəlxalq konfrans çərçivəsində bu gün Türkiyənin İzmir şəhərində nəqliyyat şəbəkəsinin inkişafı və yükdaşımanın təşkilinə dair birgə fəaliyyət prinsipləri haqqında memorandum imzalanıb", - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, "Silk Wind" layihəsinə TRACECA proqramı çərçivəsində təşəbbüs göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti