...

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin zəmanət fondunun yaradılması təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2012 19:08 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı kreditlərinin zəmanət fondunun yaradılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.
Azərbaycanda kənd təsərrüfatı kreditlərinin zəmanət fondunun yaradılması təklif edilir

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin zəmanət fondunun yaradılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.

"Əvvəlcə kənd təsərrüfatı kreditlərinin sığortalanması fondunun yaradılması planlaşdırılırdı, lakin hazırda bəzi maliyyə məsələlərini nəzərə alaraq, nisbətən başqa struktur - zəmanət fondu yaratmaq qərarına gəldik ki, bu da daha qısa müddətə həyata keçirilə bilər", - Hacıyeva qeyd edib.

Onun sözlərinə görə, dekabrda assosiasiya təsisçilərinin yığıncağında zəmanət fondunun yaradılması məsələsi müzalirə ediləcək.

"Əgər bu fondun yaradılması Azərbaycan bankları və bank olmayan kredit təşkilatları üçün xeyli maraq kəsb edirsə, biz onları mövcud layihəni maliyyələşdirməyə dəvət etmək istəyirik", - Hacıyeva bildirib.

Onun sözlərinə görə, yeni mexanizmin yaradılmasında dövlətin iştirakı vacibdir. Üstəlik, dövlət kənd təsərrüfatının inkişafına maraq göstərir. Digər ölkələrin təcrübəsi göstərib ki, dövlətin iştirakı olmadan belə layihələrə beynəlxalq təşkilatlar və fondların cəlb edilməsi çətindir.

Hacıyeva deyib ki, özəl sektorun bu layihədə iştirakı da vacib rol oynayır, çünki özəl sektorun marağı olmadan gələcəkdə fondun işi rentabelli olmayacaq. Fondun idarə edilməsində sahibkarlar və banklarla işləyən konfederasiyalar və assosiasiyalar da iştirak etməlidir. Bundan əlavə, fondun işində, həmçinin Maliyyə və Kənd Təsərrüfatı nazirlikləri iştirak etməlidirlər.

"Kreditlərin zəmanəti üzrə ilkin tövsiyə ondan ibarət olacaq ki, zəmanət kreditinin məbləği böyük olmamalıdır. Hesab edirəm ki, fondun zəmanət verdiyi kreditin maksimum məbləği 20 min manatı ötməməlidir", - Hacıyeva vurğulayıb.

Onun sözlərinə görə, fond yalnız kənd təsərrüfatı sahəsindəki layihələrə yönəldilmiş kreditlərə zəmanət verəcək.

Hazırda fondun iş mexanizmi işlənmə mərhələsindədir.

"Biz gələcəkdə kənd təsərrüfatı kreditləri üzrə sığorta fondunun yaradılmasından imtina etmirik, lakin zəmanət fondunun yaradılması yaxın gələcəkdəki planlarda var", - Hacıyeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti