...

"Ernst & Young" vergi və sığorta ilə bağlı seminar keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 18:14 (UTC +04:00)
Ernst & Young-ın Vergi və Hüquq Departamenti Azərbaycan Sığortaçılar Assosiasiyası ilə əməkdaşlıqda vergi və sığorta ilə bağlı seminar keçirib. Bu seminar Ernst & Young-ın Bakı ofisindən sığorta sahəsində ixtisaslaşmış təcrübəli vergi və hüquq üzrə mütəxəssisləri tərəfindən keçirilib.
"Ernst & Young" vergi və sığorta ilə bağlı seminar keçirib (FOTO)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Ernst & Young-ın Vergi və Hüquq Departamenti Azərbaycan Sığortaçılar Assosiasiyası ilə əməkdaşlıqda vergi və sığorta ilə bağlı seminar keçirib. Bu seminar Ernst & Young-ın Bakı ofisindən sığorta sahəsində ixtisaslaşmış təcrübəli vergi və hüquq üzrə mütəxəssisləri tərəfindən keçirilib.

Təqdimat sığorta sənayesində 2012-ci ildə edilmiş son dəyişiklikləri və 1 yanvar 2013-cü il tarixinə sığorta ilə bağlı gözlənilən dəyişiklikləri işıqlandırıb. Bundan əlavə, əmlakın bazar dəyərinə aktivlər üzrə verginin tətbiqi, müəyyən yaşa qədər həyat sığortası ilə bağlı vergi və sosial sığorta ayırmaları, sığorta mükafatlarına fərdi gəlir vergilərinin tətbiqi, sığorta və təkrar sığorta ilə bağlı ƏDV məsələləri və s. müzakirə olunub.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən iri beynəlxalq və yerli şirkətlərin nümayəndələri iştirak edib. Təlimçilərlə qızğın müzakirələr aparılıb. Auditoriya belə faydalı tədbirin təşkil edilməsində Ernst & Young-ın töhfəsini yüksək qiymətləndirib.

Ernst & Young-ın vergi və hüquq üzrə partnyoru Arzu Hacıyeva öz təəssüratları ilə bölüşüb: "Biz seminar iştirakçılarından çox müsbət rəylər aldıq və hesab edirəm ki, biz bu təşəbbüsü gələcəkdə müsbət bir ənənəyə çevirməliyik".

"Paşa Həyat Sığorta" şirkətinin nümayəndəsi Dilarə Babayeva qeyd edib: "Təqdimatın mövzusu uzun müddətdən bəri marağımıza səbəb olan çox əhəmiyyətli aspektlərə toxunur".

"VTB Bank"ın nümayəndəsi Ravilə Şərəfutdinova və "Synergie" şirkətinin nümayəndəsi Nailə Şirinova öz minnətdarlıqlarını bildiriblər: "Biz öz müştərilərinə daim vaxtında qayğı göstərib bu cür tədbirləri təşkil edən Ernst & Young-a təşəkkürümüzü bildirmək istərdik. Tədbirin təşkilati aspektlərini də yüksək qiymətləndiririk, çünki hər şey yüksək səviyyədə təşkil olunub".

"Ernst & Young" seminarda bütün iştirakçıları görməyə şad olub və seminara ayırdıqları vaxta və diqqətə görə hamıya öz minnətdarlığını bildirir.

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti