Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir C.Nəsibova/
Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) aktivləri ötən ilin nəticələrinə görə, 341,8 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.
"2011-ci ilin yekunlarına görə, AİF-in kredit portfeli 278 milyon manat, fondun gəlirləri isə 3,7 milyon manat olub. 2010-cu ildə bu məbləğ 2,4 milyon manat təşkil edib", - məlumatda bildirilir.
31 dekabr 2011-ci il üzrə AİF-in maliyyə vəziyyəti və fəaliyyətinin nəticələri dünyanın ən böyük audit və konsaltinq şirkətlərinin dördlüyünə daxil olan "KPMG International Cooperative" şirkətinin Azərbaycan təmsilçisi tərəfindən təhlil olunub.