...

"Ernst & Young" Azərbaycanda öz təcrübəsinin genişlənməsini qeyd edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2012 15:18 (UTC +04:00)
Ernst & Young Azərbaycanda təcrübəsinin genişlənməsi və uğurunu qeyd etdi. 13 dekabr 2012-ci il tarixində Hilton Baku mehmanxanasında təşkil olunmuş ziyafətdə arasında hökumət rəsmiləri, müxtəlif ölkələrin səfirləri və Azərbaycanda fəaliyyət göstərən şirkətlərin ali rəhbərlikləri olmaqla təxminən 200 qonaq iştirak etdi.
"Ernst & Young" Azərbaycanda öz təcrübəsinin genişlənməsini qeyd edib (FOTO)

Ernst & Young Azərbaycanda təcrübəsinin genişlənməsi və uğurunu qeyd etdi. 13 dekabr 2012-ci il tarixində Hilton Baku mehmanxanasında təşkil olunmuş ziyafətdə arasında hökumət rəsmiləri, müxtəlif ölkələrin səfirləri və Azərbaycanda fəaliyyət göstərən şirkətlərin ali rəhbərlikləri olmaqla təxminən 200 qonaq iştirak etdi.

İlqar Vəliyev, Azərbaycan üzrə İdarəedici Partnyor, Karl Yoxanson, MDB üzrə İdarəedici partnyor və Cey Nibbe, Avropa, Yaxın Şərq, Hindistan və Afrika bazarları üzrə İdarəedici partnyor, qonaqları salamladılar və Ernst & Young-ın Azərbaycanda təcrübəsinin hazırkı vəziyyəti və gələcəyi haqqında öz fikirləri və müşahidələri ilə bölüşdülər.

"Ernst & Young bu bazara təxminən 20 il bundan əvvəl gəlmişdir və sizin köməyiniz və dəstəyinizlə biz hal-hazırda Azərbaycanda ən iri beynəlxalq audit firmasına çevrilmişik. Bizim Azərbaycan vətəndaşı olan 150 nəfərə yaxın işçimiz var. Mən böyük qürur hissi ilə bizim bu yaxınlarda Port Bakuda yerləşən yeni ofisə köçməyimizi bəyan etmək istəyirəm", - deyə İlqar Vəliyev bildirdi. Eyni zamanda, o, Ernst & Young-ın yeni məsləhət xidmətlərini də ümumi təqdim etdi.

Ernst & Young bütün ziyafət iştirakçılarını görməyə şad oldu və bütün qonaqlara ayırdıqları vaxta və diqqətə görə öz minnətdarlığını bildirir!

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti