"Universum" şirkətinin ilk dəfə olaraq buraxdığı "Avropa istedadlarının cəlb edilməsi indeksi" ("European talent attraction index") Ernst & Young-ı Avropada Google və Loreal-dan sonra üçüncü ən cəlbedici işəgötürən kimi göstərir və peşəkar xidmətlər göstərən ən iri firmalara aid edir. İşgüzar karyeranı qurmaq istəyən 85,000-dən artıq nəfərin üstün tutduğu amillərə əsaslanaraq 2012-ci il üzrə Avropada ən cəlbedici işəgötürənlər həmçinin peşəkar xidmətlər sahəsinin ən cəlbedici fəaliyyət sahəsi hesab olunduğunu açıqlayır.
Həyəcan doğuran imkanlar
Avropa, Yaxın Şərq, Hindistan və Afrika bazarlarında İşçi heyəti üzrə rəhbər Karen Hoxrayn söylədi: "Biz Avropada peşəkar xidmətlər sahəsində ən cəlbedici işəgötürən kimi qiymətləndirilməyimizə çox şadıq. Yüksək nəticələr əldə edən komandaların yaradılmasına xüsusi diqqət yönəltdiyimizi nəzərə almaqla, bu şərəfli fakt işə yeni götürülmüş əməkdaşlarımız və təşkilatımız daxilində inkişaf etmək və böyümək istəyən hər kəs üçün təklif edə bildiyimiz xüsusi təlim proqramları və həyəcan dolu iş imkanlarının tanınması deməkdir. Eyni zamanda, bu bizimlə çalışan hər kəsin öz peşəkar karyerası boyunca güclü əlaqələr və möhkəm şəbəkələr yarada bilməsinin zəmanətidir.
Oxşar araşdırma
Bu uğur bu yaxınlarda sorğu iştirakçılarının ideal işəgötürən və karyera arzularına əsasən ən cəlbedici işəgötürənləri müəyyən edən "Trendence Graduate Barometer 2012" illik internet sorğusunda tələbələrin seçiminə görə, Ernst & Young-ın Böyük Dördlüyün daxilində üstünlük verilən bir şirkət kimi dördüncü yer tutmasının davamı olmuşdur. Bu sorğu 24 ölkədə 950 universitetin 340,000 biznes fakültəsinin tələbələrinin iştirakı ilə Avropada ən iri sorğudur.
Google, Apple və Coca-Cola böyük onluğa daxil olan digər aparıcı şirkətlərdir.
Ernst & Young haqqında
Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.
Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4000 peşəkar çalışır.
Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.
Ernst & Young Azərbaycanda
Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.
Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.