...

Azərbaycanda kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə peşə standartları hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2012 18:09 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı" layihəsinin (SMİL) "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə sahə komissiyalarının növbəti iclası keçirilib.
Azərbaycanda kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə peşə standartları hazırlanır

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı" layihəsinin (SMİL) "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə sahə komissiyalarının növbəti iclası keçirilib. Bu barədə cümə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

Nazirliyin və aidiyyəti qurumların, həmkarlar təşkilatlarının, kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə aparıcı müəssisələrin, adıgedən layihənin ekspertlərinin iştirakı ilə keçirilən iclasda SMİL-in əməkdaşı İlkin Nəzərov kənd təsərrüfatı və nəqliyyat sektorları üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi barədə təqdimatla çıxış edib.

Mövzu ətrafında geniş müzakirələrin aparıldığı iclasda dəniz nəqliyyatı sektorunda yeniliklərin sürətlə baş verməsi nəzərə alınmaqla, bu sahə ilə bağlı standartların hər 2-3 ildən bir təkmilləşdirilməsi təklif edilib. İclasın sonunda kənd təsərrüfatı və nəqliyyat sahələrində hazırlanmış və müəssisələrlə yerli şəraitə uyğunlaşdırılmış 21 nümunəvi peşə standartının layihə variantı 21 iş günü ərzində rəy və təkliflərin verilməsi üçün sahə komissiyalarının üzvlərinə təqdim olunub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Almaniyanın "GOPA Consultants" beynəlxalq məsləhətçi şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində Azərbaycan müəssisələrinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartının hazırlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti