...

"AtaBank" ilin yenilikçi bankı seçildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 delabr /Trend/

Ukraynanın paytaxtı Kiyev şəhərində "Müasir bankçılıqda yenilikçi texnologiya və həllər" mövzusunda I Beynəlxalq konfrans keçirilib. "AtaBank" ASC-dən Trend-ə verilən məlumata görə, konfrans çərçivəsində "GUAM üzrə yenilikçi texnologiyaların və həllərin tətbiqi sahəsində 2012-ci ilin ən yaxşı bankı" beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Konfransın və müsabiqənin təşkilatçısı qismində Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM-ın əməkdaşlığı ilə "Bankir" (Ukrayna) beynəlxalq jurnalı çıxış edib.

Müsabiqəyə hazırlıq mərhələsində təşkilatçılar hansı bankın qalib gələ biləcəyini öyrənmək məqsədilə müvafiq sorğu keçiriblər. Bundan əlavə, təşkilatçılar materialları şəffaf şəkildə, reytinqli agentliklər və assosiasiyalar ilə məsləhətləşərək təhlil ediblər.

Bütün mərhələlərdən uğurla keçən "AtaBank" ASC "GUAM üzrə yenilikçi texnologiyaların və həllərin tətbiqi sahəsində 2012-ci ilin ən yaxşı bankı" müsabiqəsində mükafat alıb.

"AtaBank" ASC 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Hazırda "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 24 filialı və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə xidmətlərin tam kompleksini təqdim edir.

2012-ci ilin üçüncü rübünün sonuna bankın xalis aktivləri 256 146,8 min manat, əmanət portfeli 215 416,7 min manat, kredit portfeli isə 186 544,7 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti