...

Bakıda peşə liseyində "Vergi tədris otağı" yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2012 17:01 (UTC +04:00)
Bakının Binəqədi rayonunda yerləşən 18 saylı peşə liseyində "Vergi tədris otağı"nın istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.
Bakıda peşə liseyində "Vergi tədris otağı" yaradılıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bakının Binəqədi rayonunda yerləşən 18 saylı peşə liseyində "Vergi tədris otağı"nın istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər haqqında biliklərin gənc nəslə əyani şəkildə çatdırılması məqsədilə yaradılmış "Vergi tədris otağı" müasir avadanlıqlar, kompüter dəstləri, vergilərə aid kitablar, dərs vəsaitləri, bukletlər, lövhələr və s. ilə təchiz olunub.

Tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq qeyd edib ki, bu cür otaqların yaradılması vergi orqanları ilə peşə liseyləri arasındakı əməkdaşlıq əlaqələrini gücləndirəcək, gənclərimizə vergi mədəniyyətinin aşılanmasına kömək edəcək.

Məmmədov bildirib ki, Vergilər Nazirliyi tərəfindən vergilərin tədrisi ilə əlaqədar orta məktəb şagirdləri üçün üç dərs vəsaiti və ali məktəblərin tələbələri üçün bir neçə dərslik nəşr olunaraq tədris proqramlarına daxil edilib, ümumtəhsil məktəblərində 54 metodiki vergi kabineti yaradılıb. Gələcəkdə daha 9 Peşə liseyində bu cür kabinetlərin yaradılması nəzərdə tutulur.

Tədbirdə Vergilər və Təhsil nazirliklərinin, KİV və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti