...

Ernst & Young Bakı və Azərbaycan (Saus Kokəsis Payplayn) Limited Dövlət İqtisad Universitetində birgə təqdimat keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2012 11:45 (UTC +04:00)
26 dekabr 2012-ci il tarixində Ernst & Young və Azərbaycan (Saus Kokəsis Payplayn) Limited şirkətlərinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Xüsusi İstedad Qrupunun dördüncü kurs tələbələri üçün birgə təqdimat keçirmişdir.
Ernst & Young Bakı və Azərbaycan (Saus Kokəsis Payplayn) Limited Dövlət İqtisad Universitetində birgə təqdimat keçiriblər

26 dekabr 2012-ci il tarixində Ernst & Young və Azərbaycan (Saus Kokəsis Payplayn) Limited şirkətlərinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Xüsusi İstedad Qrupunun dördüncü kurs tələbələri üçün birgə təqdimat keçirmişdir.

Nərgiz Kərimova, Ernst & Young-ın audit üzrə baş meneceri, Nigar Əliyeva, Ernst & Young-ın audit üzrə meneceri, Ramin Rzayev, Azərbaycan (Saus Kokəsis Payplayn) Limited-in kommersiya meneceri və Anar Hacıyev, Azərbaycan (Saus Kokəsis Payplayn) Limited-in marketinq üzrə eksperti, tələbələrlə boru kəmərlərinin istismarı ilə məşğul olan şirkətlərin mühasibat uçotu məsələlərini müzakirə etdilər. Həmçinin, onlar tələbələrə Azərbaycanın qaz həcmlərini Avropa Birliyinə nəql etmək məqsədilə hazırda planlaşdırma mərhələsində olan Cənubi Qafqaz Boru Kəməri layihəsi və digər potensial boru kəməri layihələri haqqında ümumi məlumat verdilər. Mühasibat uçotu sahəsində möhkəm biliklərə malik olan tələbələr bu məlumatı son dərəcədə faydalı hesab etdilər.

Nərgiz Kərimovanın fikrincə, bu hadisə həm təlimçilər, həm də təqdimatın tam vaxtında keçirildiyini, onun vacibliyini və məlumatla dolu olduğunu qeyd edən tələbələr tərəfindən çox yaxşı qəbul edilmişdir.

Təqdimat Ernst & Young tərəfindən Universitet tələbələri üçün təşkil olunmuş mühasibat uçotunun ən son yenilikləri üzrə kursun bir hissəsi kimi keçirilmişdir.

Azərbaycan (Saus Kokəsis Payplayn) Limited haqqında

Azərbaycan (Saus Kokəsis Payplayn) Limited şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("ARDNŞ") tam mülkiyyətində olan törəmə müəssisədir. Şirkət Cənubi Qafqaz Boru Kəməri şirkətində ("SKP şirkəti") və Cənubi Qafqaz Boru Kəməri Holdinq Kompani Limited şirkətində ("SKP HoldKo") on faiz (10%) səhmdar payı saxlamaqla Cənubi Qafqaz Boru Kəmərində ("SKP layihəsi") hüquqlara malik olmaq məqsədilə yaradılmışdır. SKP HoldKo SKP şirkətində iki faiz (2%) səhmdar payına sahib olmaq məqsədi ilə yaradılmışdır. SKP HoldKo-nun səhmləri SKP şirkətinin iştirakçıları tərəfindən onların SKP şirkətindəki paylarına mütənasib olaraq saxlanılır.

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.
Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti