...

“PAŞA Həyat Sığorta” ASC rəsmi veb-saytını yeni dizaynda təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2013 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC rəsmi veb-saytını (www.pasha-life.az ) yenilənmiş dizaynda təqdim edib.

Əvvəlki versiyadan fərqli olaraq yeni dizaynda hazırlanmış sayt oxuculara 3 dildə (Azərbaycan, rus, ingilis) təqdim edilir.

Görülmüş işlər nəticəsində, saytın yeni versiyasına bir sıra əlavələr edilib ki, bura, o cümlədən sığorta haqqında qanunvericilik, sığorta sektoruna aid məlumatlar, sığorta terminlər lüğəti və digər zəruri məlumatlar daxildir.
Xatırladaq ki, saytda həmçinin hüquqi və fiziki şəxslər üçün şirkətin könüllü və icbari sığorta məhsulları haqqında məlumat, eyni zamanda hüquqi şəxslər üçün elektron xidmət bölməsi və digər məlumatlar da yerləşdirilib.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti