...

2012-ci ildə Azərbaycanda ipoteka kreditləşməsi 20 faizdən çox azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2013 17:49 (UTC +04:00)
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ildə 74,77 milyon manat və ya 95 milyon dollardan çox kredit verilib.
2012-ci ildə Azərbaycanda ipoteka kreditləşməsi 20 faizdən çox azalıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir A.Axundov/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ildə 74,77 milyon manat və ya 95 milyon dollardan çox kredit verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in statistik hesabatında deyilir.

2012-ci ildə bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 91,15 milyon manat təşkil edib. İl ərzində AİF 36 milyon manat həcmində istiqrazlar yerləşdirib.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər - 420 milyon manatdan çox (2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə 5,6 milyon manat) ipoteka krediti ayrılıb.

Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan yuxarı olan borcalanların payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti